GündəmManşet

Güneydə zəlzələ nəticəsində ölənlərin sayı 3-ə çatıb: 816 yaralı var

Dünən gecə Güney Azərbaycanın Xoy şəhərində baş vermiş 5.9 bal gücündə zəlzələ nəticəsində xeyli dağıntı olub. JAMAZ.İNFO Mehr Xəbər Agentliyinə istinadən xəbər verir ki, təkcə Xoy şəhərində şəhərin mərkəzi daxil olmaqla, ətrafdakı 70 yaşayış məntəqəsinə ziyan dəyib.

İndiyə qədər olan məlumata görə, zəlzələ nəticəsində 816 nəfər yaralanıb. 3 nəfər isə dünyasını dəyişib.

Bundan başqa, təkanlar Urmiyə, Təbriz və digər şəhərlərdə də qeydə alınıb. İranın Qırmızı Aypara Cəmiyyətinin yaydığı məlumata görə, 1100 mənzil dağılıb, 4000-dən çox mənzil və ev isə ziyan görüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button