ManşetSosial

Gömrük Komitəsinin 3 idarəsində əməliyyat keçirildi – Saxlanılanlar var

Dövlət Gömrük Komitəsində daha bir böyük əməliyyat keçirilib.

Jamaz.info xəbər verir ki, dünən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən komitənin Şimal ərazi Baş gömrük İdarəsində, Cənub ərazi Baş Gömrük İdarəsində və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində anti-korrupsiya əməliyyatı baş tutub.
Əməliyyatlar zamanı hər üç idarədən bir nəfər inspektor saxlanılıb.
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində əməliyyat yekunlaşıb, digər iki idarədə isə baş verən qanun pozuntuları ilə bağlı araşdırma davam edir.
Prokurorluğun Mətbuat Xidmətindən Bakupost.az -a təsdiq ediblər.
Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button