GündəmManşet

“Anklavlar geri qaytarılarsa, Noyanberyan-İcevan yolu bağlanacaq”

Ermənistanda Azərbaycanın torpaqları olan anklav kəndlərin varlığı artıq İrəvan hökuməti tərəfindən də təsdiqlənir və qəbul edilir. JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan da ötən gün açıqlamasında bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünü Qarabağ və anklavlar daxil olmaqla tanıyırlar.

Lakin Ermənistanda müxalifət və əhalinin bir qismi bunun əleyhinədir. Hələ bir neçə gün əvvəl tanınmış kartoqraf Ruben Qalçyan bu barədə danışaraq, anklavların olmasını desə də, erməni həyasızlığı nümayiş etdirərək, Azərbaycandan konkret sənədlərin tələb olunmasını dilə gətirib.

Bu gün isə Əskipara kəndindəki erməniməktəbinin direktoru başqa avaz çalıb. Harutyun Alaverdyan iddia edib ki, Ermənistan Sovet İttifaqına daxil olanda o dövrün xəritələrinə görə anklavlar ümumiyyətlə yox olmayıb. Hətta Qazaxın 7 kəndində azərbaycanlıların yaşamadığını da söyləyib. “1927-ci ildə çap olunmuş, şəxsən mənim öyrəndiyim xəritələr var. Həmin xəritələrdə aydın görünür ki, sərhəd bizdən təsəvvür etdiyimizdən daha uzaqdadır. Hətta Cohazi gölünün o tayında da torpaqlarımız olub. 1937-ci ildə baş verən dəyişikliklərdən sonra anklavlar məsələsi ortaya çıxdı. Konkret olaraq burada həmişə ermənilər yaşayıb”.

Məktəb direktoru deyib ki, onlar kənd sakinləri olaraq ərazilərin Azərbaycana verilməsi ilə razılaşmayacaqlar. “Biz bunun yolunu çoxdan tapmışıq. Bir zamanlar silah götürüb döyüşmüşük. Yenə də həmin şeyi edəcəyik. Başqa yolu yoxdur”.

Harutyun Alaverdyan daha sonra iddia edib ki, Qaraqoyunlu kəndinin yaxınlığında heç vaxt Azərbaycana məxsus olmayan, lakin bu gün Azərbaycan ərazisi kimi təqdim olunan körpü var. O bundan başqa, az qala bütün Azərbaycanın onlara məxsus olduğunu deyib. Hətta Ermənistanda ermənilərin dinozavrlar dövründən yaşadığını belə dilinə gətirməkdən özünü güclə saxlayıb. “Bizim təkcə Başkənd onların nəzarətində deyil. Həm də Berkaberdən kənarda da ərazilərimiz Azərbaycanın nəzarətindədir. Orada bizim 700 hektar meyvə bağımız var idi”.

Erməni məktəb direktoru daha sonra bildirib ki, o, kəndi tərk etməyəcək. “İndi 90-cı illər deyil. O zaman dəstək çox idi. İndi hamı şüarçıdır. Heç kim kömək etmir. Azərbaycanla sərhəddə sərhəddçi belə yoxdur. İndi biz əraziləri geri qaytarsaq, Noyemberyan-İcevan dövlətlərarası yolu olmayacaq.  İkincisi, anklavları versək, Vanadzor və Alaverdu dağlarına qədər boş ərazi yaranacaq ki, bu da Azərbaycan tərəfindən ələ keçəcək. Azatamut, Vazaşen, Aygehovit icmaları da yoldan məhrum ediləcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button