GündəmManşet

Ermənilər Şuşa-Xankəndi yolundakı aksiyaçıların üzərinə yürüş etmək fikrinə düşüblər

Ermənistanda fəaliyyət göstərən siyasi təşkilatlar Laçın dəhlizi və Qarabağın Ermənistanla əlaqəsinin bəpası məsələsi ətrafında yenidən həşir qoparıblar. JAMAZ.İNFO xəbər verir ki, bu məqsədlə dünən İrəvanda daha bir aksiya keçirilib.

Aksiyanın təşəbbüsçüləri bir sıra məsələlərlə yanaşı, həm də vəziyyətdən çıxmaq üçün təkliflər də irəli sürüblər. Onlardan biri Narek Ayvazyan bildirib ki, bunun üçün dörd yolları var. “Birinci yol, Laçın dəhlizində keçirilən aksiyaçıları oradan çıxarmaq üçün piyada və ya maşınlarla həmin yerə getməkdir. Bununla dəhlizi aça biləcəyik. İkincisi isə beynəlxalq ictimaiyyətin Azərbaycana təzyiqlərini pik həddə çatdırmaqdır. Onlar Bakıya elə təzyiqlər edir ki, azərbaycanlılar oradan getməyə məcbur olurlar. Üçüncüsü isə elə bir vəziyyət yaratmaqdır ki, yolu bağlayanlar üçün çıxılmaz vəziyyət yaratmaq və onların getməsini təmin etməkdir. Məsələn, tutaq ki, yük və sərnişin daşımalarını hava yolu ilə həyata keçirilməsi. Belə olan halda dəhlizi bağlı saxlamaq mənasız olur. Biz bu variantları müzakirə etməli və istədiyimizi mümkün qədər səmərəli həyata keçirməyə imkan verəcək növü seçməliyik”.

Ayvazyan 4-cü versiyanın da olduğunu deyir. “Əslində 4-cü versiya da var. Bu, əvvəlki üç variantın qarışdırlaraq, hamısının bir yerdə edilməsindən ibarətdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button