GündəmManşet

Ermənilər şokda: Azərbaycan Ordusu Bərdutax və Sığırt yüksəkliklərinə yerləşib- PEYK GÖRÜNTÜLƏRİ

Ermənistan mediası Azərbaycanın sərhəddə bir neçə mühüm mövqelərdə yerləşdiyini və ötən ilin sonlarından etibarən yeni mövqelərdə möhkəmləndiyinə dair məlumat yayıb. JAMAZ.İNFO “Sputnik Armenia” Xəbər Agentliyinə istinadən xəbər verir ki, bununla bağlı jurnalist David Qalstyan özünün teleqram kanalında sputnikdən çəkilmiş görüntüləri də paylaşıb.

Qalstyan yazır ki, bu ilin yazın əvvəlində Azərbaycan Ordusu Sünik rayonunun Nerkin Xənd kəndi yaxınlığında yeni mövqe qurub. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi həmin mövqelərin hələ 2020-ci ildən Azərbaycanda olduğunu təsdiqləyib. “Hazırda həmin mövqeyə Azərbaycan tərəfi avtomobil yolu çəkib”.

Erməni jurnalist qeyd edir ki, ötən ilin yazında isə Azərbaycan Ordusu Şükürataz yüksəkliyində mövqe tutub. Bundan başqa, Ordumuzun Tsav kəndi yaxınlığında da qərarlaşmağa nail olub. Qalstyan yazır: “Azərbaycan Ordusunun Tsav kəndi yaxınlığında mövqe tutduğu barədə məlumata Ermənistan Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, belə bir hal yoxdur. Lakin peyk görüntülərindən aydın görünür ki, Azərbaycan Ordusu kəndin düz yaxınlığındadır”.

Amma erməni jurnalist məsələlərin bununla yekunlaşmadığını da vurğulayır. O deyir ki, Bartaz və Bərdutax yüksəklikləri də Azərbaycan Ordusunun nəzarətindədir. “Bartaz və Bərdutaxla yanaşı, Sığırt yüksəkliyi də Azərbaycanın əlindədir. Hər üç yüksəklik Ermənistan-Azərbaycan-İran sərhəddinin kəsişməsində yerləşir. Maraqlıdır ki, müharibənin başa çatmasından bir neçə gün sonra (13 noyabr 2020-ci il) Rusiya FSB-nin Ermənistan Respublikasında FTX-nin sərhəd departamentinin bazasında 5 əlavə sərhəd zastavasının yerləşdirildiyi qeyd olunur. Onlardan biri isə Sığırt yüksəkliyi idi. İndi isə məlum olur ki, həmin yüksəklik də Azərbaycana verilib”.

O qeyd edib ki, sözügedən yüksəkliklərə hakim olmaq təkcə Sünikə nəzarət etmək deyil, həm də Qarabağın təhlükəsizliyini təmin etmək deməkdir. “Bartaz, Bərdutax yüksəklikləri Süniki nəzarətdə saxlamağa imkan verisə, Sığırt da Zəngilan, Qubadlı və Laçının təhlükəsizliyinin tam təmin edilməsi deməkdir”.

Инженерные работы вокруг села Вардасар в Сюникской области - Sputnik Армения, 1920, 06.05.2022
Расположение позиций ВС Азербайджана на карте Армана Татояна - Sputnik Армения, 1920, 06.05.2022

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button