GündəmManşet

Ermənilər mövqelərimizi atəşə tutub: iki əsgərimizin yaralandığı deyilir- MN təkzib edir

Bu gün Azərbaycan və Ermənistan sərhəddində düşmən yenidən təxribata əl atıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Düşmən tərəfin yaydığı ənənəvi məlumata görə, guya, Geqarkun rayonunun Yuxarı Şorj istiqamətində Azərbaycan Ordusu atəş açıb. Nəticədə, bir erməni əsgəri yüngül yaralanıb.

Həmin nazirliyin nümayəndəsi Samvel Astaryan iddia edib ki, Yyuxarı Şorj kəndindəki mövqelərdə baş verən atışma bir neçə saat çəkib. “Atışmanı Azərbaycan tərəfi başlayıb. Erməni tərəfindən bir əsgər yüngül yaralanıb. Bizim məlumata görə, Azərbaycan tərəfindən iki hərbçi yaralanıb”.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. “Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur. Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button