GündəmManşet

Erməni politoloq: “Qarabağ Azərbaycana təhvil verilib, indi başqa planı həyata keçirirlər”

Ermənistanda bir aya yaxındır Qarabağ məsələsi ilə bağlı geniş müzakirələr gedir. Yerli müxalifət İrəvan hökumətini Qarabağı satmaqda ittiham edir və bunun qarşısını almaq iddiası ilə aksiyalar keçirirlər. JAMAZ.İNFO xəbər verir ki, Ermənistanda yayğın fikirlərdən biri də odur ki, baş nazir Nnikol Paşinyan bütün bunları Aazərbaycan və Türkiyə ilə razılaşdırıb. Hətta bir qədər də irəli gedərək, onun Azərbaycana işlədiyini iddia edənlər də az deyil. 
Erməni politoloq David Şahnazaryan isə bildirir ki, hazırda vəziyyət kritikdir. Onun sözlərinə görə, Qarabağda yaşayan erməniləri çox tədirgindirlər. “Lakin onlar qalıb, yaşamaq istəyirlər. Əgər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, ermənilərin Qarabağda yaşaması mümkün olmayacaq. Çünki bu müqavilədən sonra rəsmi Bakı artıq sülhməramlı qüvvələrə ehtiyac olmadığını, Ermənistanla problemlərini həll etdiklərini deyərək, onların Qarabağdan çıxmasını tələb edəcəklər. Belə olan halda orada erməni qalacaqmı? Qalmayacaq, məcbur olub ərazini tərk edəcəklər”.
Şahnazaryan iddia edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onu dəstəkləyən Qərb siyasi dairələrinin planı 4 mərhələdən ibarətdir. “Birinci mərhələ, Qarabağın təhvil verilməsidir. İkinci mərhələ, Azərbaycanla sərhədlərin delimitasiyasını ehtiva edən sülh müqaviləsinin imzalanmasıdır. Üçüncü mərhələ Ermənistan-Türkiyə əlaqələrinin qurulması və kommunikasiyaların açılması olacaq. Nəticədə, Türkiyə Ermənistanı hissələrə bölərək Türkiyəni Naxçıvan və Azərbaycanla birləşdirəcək. Dördüncü mərhələ isə Rusiyanın Ermənstandakı qoşunlarının çıxarılmasıdır”.
Erməni politoloq deyir ki, hazırda birinci mərhələ başa çatıb. “İkinci mərhələni tamamlamağa çalışırlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button