GündəmManşet

Erməni ombudsmandan qıpqırmızı yalan: “Azərbaycanlılar deportasiya olunmayıb, könüllü köçüblər”

Ermənistanın birinci ombudsmanı olmuş Larisa Alaverdiyan dünən “Hraparak” qəzetinə verdiyi müsahibəsində yalanın ən pikini danışıb. O elə yalanlar danışıb ki, atalarımız dediyi kimi “bişmiş toyuğun gülməyi gəlib”.

JAMAZ.İNFO xəbər verir ki, Alaverdiyan iddia edib ki, guya, Birinci Qarabağ savaşı zamanı Ermənistanın 500 min qaçqını olub. Onun sözlərinə görə, bu qədər erməni sərhəddə yaşayan və Azərbaycan “təcavüzün”dən xilas olmaq üçün evlərini tərk ediblərmiş. “Azərbaycanla sərhəddə yaşayan ermənilər müharibə təhlükəsi səbəbindən ervlərini tərk edərək, Ermənistanın digər ərazilərində yerləşməli olublar. Təkcə Sünik vilayətini tərk edənlərin sayı 72 min nəfər olub”.

Amma Alaverdiyanın yalanları bununla bitməyib. O daha sonra deyib ki, Ermənistandan 1988-ci ildə deportasiya olunan azərbaycanlıların sayı 164 min nəfər olub. “Azərbaycan təkid edirdi ki, ermənilər əraziləri işğal edib və onları zorla köçürmüşük. Bu, həqiqətəuyğun deyil. Bəlkə azərbaycanlılar təhlükə hiss edərək, həmin əraziləri tərk ediblər?”.

Azərbaycanlıların Ermənistandan məcburi qaydada deportasiya edildiyini qəbul etməyən “ombudsman” bildirib ki, soydaşlarımızın bu ölkədən deportasiya olunması “könüllü” olub. “Həmin vaxtlarda Azərbaycanda ermənilərin soyqırıma məruz qalması faktları vardı. Onların qaçmalarına səbəb Bakıda ermənilərə qarşı soyqırımın baş verməsi və analoji hadisə ilə üzləşə biləcəklərinə dair qorxuları idi”.

Alaverdiyan daha sonra başqa bir iddiada da bulunub. O deyib ki, 1988-ci ildə baş verən köçlərlə əlaqədar SSRİ rəhbərliyi onların problemlərini həll etmək üçün 70 milyon rubl kompensasiya ayırmışdı. “Həmin pul həm Azərbaycana, həm də Ermənistana ayrılmışdı. Azərbaycanlılar həmin pulu almışdılar. Lakin ermənilərin kompensasiyadan xəbərləri belə yox idi”.

Keçmiş “ombudsman” yalanlarının yekununda deyib ki, Ermənistandan deportasiya olunan azərbaycanlıların hamısı evlərini ya satıblar, ya da dəyişdiriblər.

P.S. Larisa Alaverdiyan ombudsman, insan haqları ilə məşğul olan biri olsa da, erməni xislətindən, yalançılığından xali deyil. Əksinə, bu yalanların ən piklərini danışmaqla məşğuldur. Bu gün belə Almaniyanın XİN başçısı təsdiqləyir ki, azərbaycanlılar Ermənistandan deportasiya olunub, onlar zorakılığa məruz qalıblar. İkincisi, 1988-ci ildə Azərbaycan ərazisində bir erməninin burunu belə qanamamışdı. Hərçənd həmin ildən etibarən azərbaycanlıların Ermənistandan kütləvi köçü başlamışdı, onların yaşadıqları evlər yandırılmış və talan edilmişdi. Onlarla soydaşımız öldürülmüşdü. Yəni, yalanın da bir həddi olmalıdır. Hərçənd ermənilər yalan məsələsində Ginnesin Rekordlar kitabına düşəcək potensiala malikdirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button