GündəmManşet

Erməni kartoqraf: “Kərki verilərsə, İrəvanla Ermənistanın cənubu arasında əlaqə kəsiləcək”

Xəbər verildiyi kimi, dünən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin 1975-ci il xəritəsi ilə demarkasiya və delmitasiya etməyə hazır olduqlarını bəyan edib. JAMAZ.İNFO xəbər verir ki, Paşinyanın açıqlaması ilə əlaqədar erməni kartoqrafları da danışıblar. Onlar bu xəritə ilə Ermənistanın nələri itirə biləcəyi, nələri qazana biləcəyinə aydınlıq gətirmək istəyiblər.

Lakin ənənəvi erməni həyasızlığı burada da özünü göstərib. Çünki erməni kartoqraflar nəinki anklavları qəbul edir, hətta Qarabağın onlara məxsus olduğunu iddia edirlər.

Erməni kartoqraf Ruben Qalçyan deyir ki, Sovet İttifaqı Silahlı Qüvvələrinin Baş Qərargahının çoxlu xəritələri var, onlar illərdir çap olunur. “Xəritələr 1973-cü ildən 1981-ci ilə qədər çap olunub”.

Qalçyan güman edir ki, Paşinyan bu sərhədlərdən danışıb. “Bu xəritələr əsasında biz müstəqillik əldə etdik. 91-ci ilə qədər bu sərhədlər dəyişməyib”.

O bildirib ki, 29 800 kvadrat kilometr əraziyə Qazaxın 7 kəndi, eləcə də indi ermənilərin yaşadığı Krəki kəndi daxil deyil. “70-ci illərin xəritəsi ilə demarkasiya və demarkasiya işlərinin aparılması ilk növbədə o demək olacaq ki, Azərbaycan Ordusu mayın 21-dən sonra daxil olduğu ərazidən çıxmalıdır. Söhbət Qaragöldən, Cermux, Basarkeçər hissələrindən gedir. Oralar sovet xəritələrinə görə Azərbaycan ərazisində olmayıblar. Amma Gorus-Qafan yolu həmişə Azərbaycana məxsus olub. 30-cu illərdən Eyvazlı kəndi yaxınlığındakı o 20 kilometrlik yol hamı bilirdi ki, onlarındır. O magistral Azərbaycan ərazisindən keçir”.

Qalçıyan bildirir ki, həmin xəritəyə əsasən anklavlar da geri verilməlidir. Amma erməni kartoqraf iddia edir ki, paralel olaraq Başkənd də 1992-ci ildə Azərbaycan hərbçiləri tərəfindən “işğal” olunub. “Başkəndin ərazisi ilə anklavların ərazisi demək olar ki, eynidir. Bundan əlavə, birinci Qarabağ müharibəsindən sonra Paravakar, Berkaber və Lələkənd sərhəd kəndlərindən bir sıra ərazilər Azərbaycana keçdi”.

Erməni xəritəşünas daha sonra ənənəvi həyasızlığını işə salaraq iddia edir ki, Ermənistan anklavları Azərbaycana verməməlidir. “Anklavların ümumiyyətlə sərhədlərlə heç bir əlaqəsi yoxdur. Onlar Ermənistanın daxilində yerləşirlər. İndi Qarabağ Azərbaycanın daxilindədi, deməli, bizimdir. Amma 70-ci illərin xəritəsində Qarabağ ayrı idi. Azərbaycan elə bir sənəd gətirsin və sübut etsin ki, anklavlar onlarındır. Anklavların niyə verilməsi ilə bağlı fakt, sənəd yoxdur. Moskva qərar verdi, xəritədə çəkildi, bu qədər. Sovet İttifaqının xəritələrində bəli, anklavların Azərbaycana aid olduğu göstərilir, amma mən də onların Azərbaycana aid ola bilməyəcəyini iddia edirəm. Çünki onlar bizim ərazimizdədir. İkincisi, ən mühümü, Azərbaycan Konstitusiyasının ikinci maddəsində deyilir: Azərbaycan Respublikası 1918-20-ci illərin varisləridir. 1918-20-ci illərdə anklavlar olmayıb, 1936-39-cu illərdə yaradılıb”.

Qalçyan yenə həyasızcasına bildirir ki, Kərki kəndində azərbaycanlıların yaşamasını məqbul arqument hesab etmir. “Düzdür, iki yüz il yaşadılar. İki min ilə yaxındır ki, Qarabağda ermənilər yaşayır. Ona görə də bütün Qarabağ erməni anklavı olacaq. Kərki də bizim olmalıdır. Əgər Kərkini versək, İrəvanın Cənubi Ermənistanla əlaqəsi kəsiləcək”.

Kartoqraf Paşinyanın “”bufer zona” təklifini də məntiqli hesab etmir. “Sovet İttifaqının sərhədlərini qəbul edərək, biz güclü danışıqlar aparmalıyıq. Qoy, onlar sübut etsinlər ki, onlar niyə, hansı əsasla verilib. Ya da deyirlər ki, bufer zona yaradılmalıdır. Bəli, ancaq bufer zona boş yerlərdə mümkündür. Əgər sərhəd Şurnux kəndinin içindən keçirsə, o 200 metri necə boşaltmalısan? Kəndi sökməlisən, yoxsa sərhəddi keçib, Berkaberin mərkəzində dayanmalısan?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button