GündəmManşet

Erməni deputat: “Bakı ilə razılaşma var, Ermənistan bundan imtina etmir”

Ermənistanda Azərbaycanla sülh sazişinin bağlanması barədə fikirlər qarışıqdır. Hakimiyyət bunun vacib olduğunu deyib, bəzi şərtlərlə danışır. Müxalifət isə daş atıb, başını tutur ki, belə bir sənədə imza atmaq “vətənə xəyanətdir”.

Ötən gün Ermənistanda hakimiyyətdə olan “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdəki nümayəndəsi, eyni zamanda

Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan deyib ki, İrəvan vəziyyəti dalana dirənmiş hesab etmir. “Sadəcə bildirdik ki, açıq-aydın razılaşma var, Ermənistan da bundan imtina etmir”.

Erməni deputat qeyd edib ki, bu baxımdan Azərbaycanın mövqeyi və iş üslubu yeni deyil. “Azərbaycan tərəfinin ilkin razılaşmalara baxmayaraq, görüşlərdə iştirakdan imtina etdiyi başqa hallar da olub. Deməli, bu, heç bir halda yenilik və müsbət proses deyil. Lakin qeyd olunan prosesi dalana dirənmiş nöqtə hesab etmirik. Biz çalışmalıyıq ki, görüş baş tutsun”.

Ağacanyan həmçinin bildirib ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması Ermənistan hakimiyyətinin bəyan etdiyi məqsəd deyil. “İlin sonuna qədər bunu etmək mümkün olacaqmı? Bu, təəssüf ki, təkcə bizdən asılı deyil”.

O, “Ermənistan bu sənədin imzalanması üçün əlindən gələni edir”, – deyə bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button