AraşdırmaManşet

Əmanətlərin Sığortalanma Fondu, yoxsa Bazar?

Son illər ölkədə bankların müflis olaraq, bağlanma tendensiyası xeyli artıb. Bunun obyektiv və subyektiv səbəbləri var ki, onlara toxunmaq istəmirik. Çünki bu çox uzun bir mövzudur və daha geniş araşdırmaya ehtiyac var.
Tribunainfo.az xəbər verir ki, bağlanan banklarda depoziti və əmanəti olan vətəndaşların pullarının geri qaytarılması prosesi demək olar ki, məşəqqətə çevrilib. 2016-cı ildə yaradılan Azərbycan Əmanətlərin Sığortalanma Fondu ayrı-ayrı şəxslərin banklarda qalan pullarını sahiblərinə ödəməsini öz üzərinə götürüb. ​Həmin müddətə qədər isə bu prosesi “Azerbaijan İnternational Consulting Company” MMC həyata keçirib.
Qeyd edək ki, Əmanətlərin Slğortalanma Fondu indiyə qədər açıqladığı hesabatlarında ləğv edilmiş banklar üzrə milyonlarla manat pulun sahibinə ödənildiyini bildirir. Lakin bu pulları hansı şəkildə və necə və ya hansı məbləğlərlə geri verdiyi barədə heç bir bilgi qeyd etmir. Bunu da onunla əsaslandırılar ki, guya, məlumatlat konfedensialdır və şəxslərin adları açıqlana bilər.
Əslində isə durum bir qədər fərqliir. Məsələ belədir ki, Əmanətlərin Sığortalanma Fondu vətəndaşların pulunu qaytarmağa məsul olan qurumdan daha çox bazara çevrilib. Məsələn, hal hazırda 2012-ci ildə ləğv edilmiş “Royalbank” ASC-də depozit və əmanəti olan şəxslər pullarını ala bilməyiblər. Və ya onlara hər iki və ya üç aydan bir 300-500 manat ödəməklə kifayətləniblər.
İndi sual oluna bilər ki, Əmanətlərin Sığortalanma Fondu 12 il ərzində 50-60 min manat depoziti və ya əmanəti niyə ödəmir? Qurumun bununla bağlı əsas bəhanəsi budur ki, yığımlar həyata keçirldikcə, onlar da vətəndaşların pulunu geri qaytarırlar. Bəs, necə ola bilər ki, hər hansı ləğv edilmiş bankın 12 il müddətində pulu tam ödənilə bilməyib? Bu illər ərazində bankın yığımları heç olmayıb ki? Mülkləri, inventarları və sairə olmayıb ki, satılaraq camaatın pulunu bağlasınlar?
İddia edə bilərlər ki, yoxdur. Amma yenə yalana bürünəcəklər. Çünki noyabr ayında “Röyal Bank”a məxsus ofisin 1 milyon manata satılması elə Fond tərəfindən təsdiqlənib. Yəni, qaçacaq yer yoxdur. Amma həmin pulla vətəndaşların depozit və əmanətlərini verməkdə “sancı” çəkirlər.
Axı, vətəndaş etibar edib, inanıb, güvənərək pulunu banka qoyub ki, onun mənfəəttini götürsün. Belə deyək ki, güvənib, heç mənfəət güdmədən pulunu bankda saxlayıb ki, dar günündə, xeyir işində və sair məsələlərdə istifadə eləsin. Amma üzləşdiyi durum isə budur ki, həmin pulu nə ala bilir, nə də bir işinə yarayır.
Tribunainfo.az xəbər verir ki, məsələnin kokündə dayanan əsas amil heç də Əmanətlərin Sığortalanma Fondunun pulunun olmaması və ya yığımları lazımi qaydada həyata keçirə bilməməsi deyil. Söhbət burada Fondun bazara çevrilməsidir.
Belə ki, Fonda çıxışı və ya tanışı olan, o cümlədən tapşırmaq imkanı olanlar pullarını çoxdan alıblar. Təbii ki, qarşılıqsız yox. Bunun üçün bankda olan pullarının ən azı 10-20 faizlərindən keçməli olublar. Yəni, adamı, çıxışı, imkanı olmayanlar Fondda olan pullarını ala bilməyərək, illərlə süründürülürlər. Bir növ bazara döndərilmiş fondda mütləq tanışın, bazarlaşa biləcəyin biri olmalıdır ki, illərlə pulun ilişib, qalmasın.
Maraqlı məqamlardan biri həm də odur ki, ləğv edilmiş bankda depoziti və ya əmanəti olan şəxs başqa bankda olan kredit borcunu bağlamaq üçün müraciətinə də baxılmır. Hətta bəzən bu bankların hər ikisi ləğv olunma prosesində olurlar. Məsələn, vətəndaşın “Muğanbank”da depoziti var, amma “Röyalbank”da krediti mövcuddur. Hər iki bankın ləğvedicisi isə Əmanətlərin Sığortalanma Fondudur. Vətəndaş da həmin kreditin öz pulu ilə bağlanmasını təklif edir ki, bu da Fond tərəfindən rədd edilir. Səbəb kimi, bankların ayrı olması göstərilsə də, bu bəhanədir. Eyini zamanda, məntiqsizdir. Çünki hər iki bankın ləğvedicisi eyni fonddur. Həmçinin hər iki bankın bütün rezvizitləri, əməliyyat aparmaq üçün mexanizmləri Fondun ixtiyarındadır. Yəni, bir bankdan pulu digər banka yönəltmək onlar üçün su içim kimi bir şeydir. Amma etmirlər. Səbəb də budur ki, belə işlərdən qazanc əldə etmək olmur.
Bu əsnada, bəzi məlumatlara görə, Fondda bir biri ilə yola getməyən iki qruplaşma var. Onlardan birinə qadın, digərinə isə kişi rəhbərlik edir. Tərəflər arasında münasibətlər heç də mövqe və məqama görə deyil. Bu savaşın başlıca səbəbi kimi daha çox pul qazana biləcəyidir. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, əmanət və ya depozitin qaytarılmasından 10-20 faiz qazanac əldə etmək uğrundadır.
Lakin belə görünür ki, bu iki qruplaşmanın ömrü uzun sürməyəcək. Çünki Əmanətlərin Sığortalanma Fondunun rəhbərliyi və əsas heyəti yaxın günlərdə dəyişdiriləcək. Bunun üçün ən geci mart ayını gözləməyin lazım olacağı deyilir. Bildirilir ki, Fondun rəhbərliyi və əsas heyəti Mərkəzi Bankın kadrları deyillər. Həmçinin haqlarında xeyli sayda şikayətlər də var.
Bir sözlə, Əmanətlərin Sığortalanma Fondu ölkədə təkcə bank sektoruna güvənsizlik, etibarsızlıq yaratmır. Həm də bazara çevrilib. Adamın varsa, bazarlıq edib pulunu ala bilərsən. Əks təqdirdə, bankda olan pulunu dilənçi payı şəklində hissə-hissə qaytarılmasına dözəcəksən.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button