ManşetÖlkə içi

Dövlət Departamenti: “Bakı və İrəvan Putinlə görüşün faydalı olub-olmayacağı barədə qərar verməlidir”

“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan liderlərini onlar üçün əlverişli olan istənilən formatda görüşməyə çağırır”. JAMAZ.İNFO xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O bildirib ki, Bakı və İrəvan Soçi görüşü barədə özləri qərar verməlidir: “Biz hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Nəticə etibarı ilə Ermənistan və Azərbaycan prezident Putinin dəvətinin bu davamlı sülhə nail olmaq üçün onlar üçün faydalı olub-olmayacağına qərar verməlidir”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Brüssel və Vaşinqtonun Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq səylərinin sırf təbliğat xarakteri daşıması ilə bağlı təkrar bəyanatlarını şərh edən Prays qeyd edib ki, Amerika tərəfi onların səylərini özünü reklam kimi xarakterizə etməyə etiraz edir. “İllərdir davam edən zorakılığa və son nəticədə həm ermənilərin, həm də Azərbaycan vətəndaşlarının ölümünə səbəb olan münaqişələrə və eskalasiyaya son qoymaq istəyində özünü reklam edən heç nə yoxdur. Bizim burada yeganə məqsədimiz bu ölkələrin hərtərəfli və davamlı sülh yolunda birgə işləməsini görmək və onlara kömək etmək və nəticədə insanların həyatını xilas etməkdir. Kimlərsə bunu özünü reklam kimi qiymətləndirilə bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button