GündəmManşet

Bakı separatçıların danışıq təklifini rədd etdi  

Qarabağdakı erməni separatçıları bu gün rəsmi Bakı ilə danışıqlar aparmaq üçün müraciət ediblər. JAMAZ.İNFO 24News saytına istinadən xəbər verir ki, bu danışıqlar mövzusu Laçın dəhlizində keçirilən aksiyalar, Qarabağdakı ermənilərin qaz təhcizatı ilə bağlı olub.

Qarabağdakı separatçıların sözügedən sayta verdikləri məlumata görə, hazırda vəziyyətləri acınacaqlıdır və bununla əlaqədar Azərbaycan rəsmiləri ilə görüşərək, danışıqlar aparmağa çalışırlar. Lakin rəsmi Bakı separatçıların heç bir nümayəndəsi ilə görüşmək istəmədiyini bildirib və təklifi rədd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button