İqtisadiyyatManşet

Bakı-Mehri-Naxçıvan dəmir yolu 434 milyon dollara başa gələcək

Qarabağ savaşından sonra Azərbaycan tərəfi Mehri dəhlizi vasitəsi ilə Naxçıvana dəmiryolunun çəkiləcəyini bəyan edib. Rəsmi Bakı bildirib ki, bununla bağlı artıq hazırlıqlara start verilib. İlkin mərhələdə Bakıdan Zəngilana dəmiryolu çəkiləcək. Mehri dəhlizini açıldıqdan sonra isə dəmiryolu Naxçıvana, oradan da Türkiyənin Qars şəhərinə uzanacaq.

JAMAZ.İNFO xəbər verir ki, rus ekspertlər layihənin konkret olaraq neçəyə başa gələcəyi və yükdaşınma həcmini hesablayıblar. Rusiyanın tanınmış Lenta.ru saytının yaydığı məlumata görə, yeni dəmiryolu 434 milyon dollara başa gələcək. Dəmiryolunun illik yükdaşıma həcmi isə 10 milyon tondan çox olacaq.

Qeyd edək ki, burada yükdaşıma rəqəmləri əsasən Bakı-Zəngilan-Mehri-Naxçıvan-Qars dəmiryoluna aiddir.  Gələcəkdə bu xəttə İran və Gürcüstan qoşulduqdan sonra daşınmaların həcminin bir xeyli artacağı da gözlənilir.

Onu da bildirək ki, Bakı-Mehri-Naxçıvan-Qars yolu üzrə 10 milyon ton yükün daşınması ticarət dövriyyəsinin 4.7 milyard dollara çatmasına imkan verəcək.

Rusların hesablamalarında maraqlı məqamlardan biri də sərnişindaşıma ilə bağlıdır. JAMAZ.İNFO xəbər verir ki, rusların təxmininə görə, Bakı-Mehri-Qars dəmir yolu ilə illik sərnişindaşıma yaxın illərdə 1 milyon nəfərə çatacaq.

Bu rəqəmin nə qədər real olduğunu demək çox çətindir. Çünki Ermənistanda hələ də Azərbaycana qarşı ciddi aqressiya var və onların təxribata əl atacağı da istisna deyil. Hərçən dəmiryolunun təhlükəsizliyinə Rusiya Sərhədd Qoşunları cavabdehlik daşıyacaqlar. Amma yenə də, bu tam təminat anlamına gəlmir. Ona görə ki, Rusiya hələ sovet dönəmində də Mehri dəhlizinin təhlükəsizliyini təmin edirdi, lakin ermənilər yenə də sərnişinləri atəşə tuturdular.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button