ManşetÖlkə içi

Azərbaycan MN Rusiya ilə Qarabağın təhlüksəziliyinə dair sənədi imzalamaqdan imtina edib?

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında maraqlı açıqlamalar verib. JAMAZ.İNFO xəbər verir ki, erməni baş nazir bildirib ki, Ermənistan hal hazırda Qarabağın təhlükəsizliyinin təminatçısı olmamaqla yanaşı, həm də onun müqəddəratını həll edə bilmir.

Paşinyan deyib ki, danışıqlar zamanı hətta 2018-ci ildə də Qarabağ ermənilərin taleyini həll etmək üçün heç bir ambisiya nümayiş etdirməyiblər. “Bunu yanlış formul hesab edirik. Bu məsələdə həlledici rol Qarabağdakı ermənilərə məxsus olmalıdır”.

Baş nazir qeyd edib ki, onların hazırda əsas məqsədləri Bakı ilə Xankəndi arasında dialoqun baş tutmasıdır. “Biz çalışırıq ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında danışıqlar baş tutsun. Bu görüş isə beynəlxalq səviyyədə təşkil olunmalıdır. Apardığımız danışıqlarda əsas vurğu bunun üzərindədir. Ermənistanın Qarabağın təhlükəsizliyinin təminatçısı olmasına gəlincə, Rusiya sülhməramlı qoşunları Qarabağa daxil oldu və mənim imzamla Ermənistan və Rusiya müdafiə nazirləri Qarabağda təhlükəsizliyin təmin edilməsi vasitələri və mandatı haqqında sənəd imzaladılar. Yenə deyirəm, Azərbaycan nazirinin də həmin sənədi imzalaması nəzərdə tutulurdu. Lakin Azərbaycan MN-i həmin sənədi imzalamayıb”.

Paşinyan daha sonra deyib: “Əgər Eermənistan öz təhlükəsizliyini təmin edə bilsəydi, Rusiyanın prosesin təminatçısı olması düsturu bizim təhlükəsizliyimizin əsası olmazdı”.

Qeyd edək ki, sözügedən sənədlə bağlı nə rəsmi Bakı, nə də Azərbaycan Müdafiə Nazirliyi indiyə qədər heç bir məlumat yaymayıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button