GündəmManşet

Azərbaycan amerikalı generala günlük 5000 dollara iş təklif edib

ABŞ-da nəşr olunan “The Washington Post” qəzeti istefada olan generallarla bağlı maraqlı araşdırmasını yayımlayıb. JAMAZ.İNFO qəzetə istinadən xəbər verir ki, təkcə 2015-ci ildə istefada olan 500-ə yaxın ABŞ yüksək rütbəli zabitləri Yaxın Şərq, Afrika və digər ölkələrdə özünə iş tapıb.

Nəşrin iddiasına görə, istefada olan amerikalı hərbçilərin aylıq əmək haqları isə bəzən aylıq 5, 6, hətta 7 rəqəmli belə olur. Bu xüsusən generallara aid olur.

Qəzet Azərbaycanın da ABŞ generallarından birinin xidmətindən istifadə etmək istədiyini yazıb. Nəşr iddia edir ki, bir neçə il əvvəl Azərbaycan ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalına günlük 5000 dollara məsləhətçi işi təklif olunub.

Lakin “The Washington Post” generalın buna razı olub, olmadığı barədə heç bir qeyd etməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button