GündəmManşet

Avetik İşxanyan: “ABŞ-da yeni sənəd imzalanacaq, Qarabağ və anklav kəndlər Azərbaycana veriləcək”

Bu günlərdə Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda görüşü gözlənilir. JAMAZ.İNFO xəbər verir ki, həmin görüşdə sülh danışıqları məsələsinin müzakirə ediləcəyi bildirilir.

Ermənistanda isə bu görüşdə ciddi bir sənədin imzalanacağına dair iddialar var. Onlar hələ bir neçə gün əvvəl qeyd edirdilər ki, Qərb mayın sonuna kimi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çalışır.

Erməni siyasətçi Avetik İşxanyan isə “Jamanak” qəzetinə verdiyi açıqlamasında deyib ki, Ermənistan XİN başçısı ABŞ-da yeni kapituliyasiya sənədi imzalayacaq. “Yalnız o deyil, həm də Qarabağdan, Zəngəzurdan keçəcək dəhlizdən və anklav kəndlərdən də imtina edəcək. Bundan başqa, Azərbaycan 2021-2023-cü illərdə yerləşdiyi yeni ərazilərdən də ordusunu geri çəkməyəcək”.

İşxanyan iddia edib ki, belə bir razılaşma Qarabağın tam itirilməsi, Ermənistanın isə ölüm ayağında olmasının göstəricisi olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button