ManşetÖlkə içi

Arayik yenə sarsaqladı: “Qarabağ ermənilərin olub və olacaq”

Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyan bu gün səhər “Şuşanın azad edilməsi” ilə əlaqədar müraciət yayıb. JAMAZ.İNFO xəbər verir ki, baş separatçı yenə sərsəmləyərək, “azad və müstəqil” olacaqlarını bildirib.

O iddia edib ki, guya, Qarabağ hazırda “ontoloji mübarizə”nin mərkəzində yerləşib. Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilər guya, 5 aydır Azərbaycan tərəfindən mühasirədə saxlanılır. “Onların məqsədi erməni xalqının psixoloji və fiziki təzyiqə məruz qoymaq, mübarizə ruhunu sındırmaq, ata-baba yurdunu tərk etməyə məcbur etməkdir”.

Harutyunyan deyib ki, Türkiyə və Azərbaycan istəkləri onlar üçün yeni deyil. “Biz bunu, eləcə də tariximizin ən həlledici dövrlərində nümayiş etdirilən erməni xalqının birliyinin gücünü və qüdrətini yaxşı bilirik. Bu gün yenidən milli birlik günün tələbinə çevrilib. Bizim tərəddüd etməyə, çəkinməyə haqqımız yoxdur. Yalnız bir yol var. Qarabağ öz xalqının azad iradəsi və öz müqəddəratını idarə etmək hüququ və qətiyyəti ilə ermənilərin olub və olmalıdır”.

P.S. Bu sarsağa deyən lazımdır ki, sənin sözünlə oturub, duran var? Hansı “ontoloji mübarizədən” söhbət gedir? Qarabağ hərmiş Azərbaycan torpağı olub, bundan sonra da heç nə dəyişməyəcək. Azərbaycanın sizə təklifi odur ki, adam olun, silahı yerə qoyun və vətəndaşlığı qəbul edib. Azərbaycanda bu gün yaşayan digər etnik qruplar kimi, siz də yaşayın. Yox, niyyətiniz separatçılıq, terrorçuluqdursa, o zaman qarşınızda Azərbaycan Ordusunu görəcəksiz. Sizi nə Ermənistan, nə erməni diasporu, nə də çox güvəndiyiniz Fransa və Rusiya da xilas edə bilməyəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button