ManşetSiyasət

Arayik separatçılara başçılıq etməkdən imtina edir

Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyan növbəti dəfə “prezident” seçilməyəcək. JAMAZ.İNFO xəbər verir ki, quldurbaşı aradan çıxmaq üçün artıq fikrini qətiləşdirib.

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti isə bu barədə yazır ki, hazırda Qarabağda qondarma “konstitusiya islahat”ları gedir. “Onlar elə bir mexanizm yaratmaq istəyirlər ki, Qarabağda “prezident” olmayanda da, başsız qalmasınlar”.

Erməni nəşri maraqlı bir məlumata da diqqət yetirib. Qəzet yazır ki, hazırda Arayik Harutyunyanın əsas qorxduğu məsələ bir gün onun “başını yeyəcəklər”idir. “Harutyunyan qorxur ki, bir gün onun da başını yeyərlər. Ona görə də, növbəıti “seçkilərdə” iştirakdan imtina edib və fikrində qətidir”.

Lakin ermənilər bildirir ki, gələn il, yəni 2023-cü ilin əvvəlində Qarabağda qondarma “parlament seçkiləri” keçiriləcək. Bunun ardından isə “prezident seçkiləri”nə start veriləcək. “Qarabağda əsas siyasi qüvvələr Rusiya ilə razılaşdırılmış şəkildə namizəd irəli sürəcəklər. Hazırda isə əsas iddialılar Daşnaksütun, keçmiş “prezident”lərin adamları və Arayikin rəhbəri olduğu “Azad Vətən”dir”.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu bir müddət əvvəl Gəncə və digər terror aktları ilə bağlı açılmış cinayət işi ilə əlaqədar Arayik Harutyunyanın saxlanılaraq, Bakıya gətiriləcəyini bəyan etmişdi. Həmin açıqlamadan sonra Qarabağ separatçıları ciddi şəkilkdə qorxuya düşmüşdülər. Görünür, Azərbaycan tərəfinin fikrində qəti olması və inamla “saxlanılacaq” deməsi, Arayik Harutyunyanın da kürkünə birə salıb. Elə bu səbəbdən də aradan çıxmağa hazırlaşır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button