ManşetÖlkə içi

Arayik Qarabağdan getmək niyyətində olmadığını deyir: “Nə mən, nə ailəm heç yerə getməyəcəyik”  

Qarabağda mənzillənmiş, oradakı separatçılara rəhbərlik edən, habelə özünü “prezident” olaraq təqdim edən Arayik Harutyunyan Xankəndini tərk etməyəcəyini və belə bir fikrinin olmadığını bildirib. JAMAZ.İNFO xəbər verir ki, baş separatçı hətta ailəsini də bölgədən çıxarmaq niyyətində olmadığını dilə gətirib.

O bildirib ki, öz gələcəyini, övladlarının gələcəyini, Qarabağdakı qohumlarının gələcəyini bölgədə görür. “Bizim heç bir yerə köçmək həvəs və niyyətimiz yoxdur”.

O iddia edib ki, separatçılar olaraq Qarabağın “ərazi bütövlüyü” uğrunda dinc mübarizə aparacaqlar. “Müharibədən qaçmalıyıq. Şübhəsiz ki, bu zaman ləyaqətli şəkildə. Ona görə də sülh gündəmibaşqa layiqli bir sülh gündəmi olmalıdır. Danışıqlar prosesi davam edir, gündəmdə heç bir dəyişiklik yoxdur, xalqların öz müqəddəratını təyinetmə hüququ əsas məqam olaraq qalır. Bizim mübarizəmiz onun çərçivəsində olacaq, yəni öz müqəddəratını təyinetmə faktı bizim üçün əsas danışıqlar istiqamətidir. Mən Qarabağın gələcəyini öz müqəddəratını təyinetmə yolunda görürəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button