GündəmManşet

Anklav kəndlərdəki erməni məktəbləri bağlanılır: Təhsil Nazirliyi qərar imzalayıb

Ermənistandakı Azərbaycana məxsu anklav kəndlərdə orta məktəblərin bağlanması prosesinə start verilib. JAMAZ.İNFO “Hraparak”a istinadən xəbər verir ki, bununla bağlı Ermənistanın Təhsil Nazirliyi qərar imzalayıb.

Həmin qərarda qeyd edilir ki, anklav kəndlərdəki orta məktəblərdə oxuyan şagirdlərin sayı həddindən artıq azdır. Nazirlik bu məktəblərin yaxın icmalarda fəaliyyət göstərən məktəblərə birləşdirilməsini tələb edir.

Qeyd edək ki, sözügedən nazirlik təkcə Tavuş bölgəsində deyil, həmçinin Şirak marzında da analoji addımları atmağa başlayıb. Təkcə, Şirak bölgəsində belə məktəblərin sayının 40-a yaxın olduğu bildirilir.

Bildirək ki, anklav kəndlərimiz Tovuz və Qazax sərhəddinə yaxın ərazilərdə yerləşən 8 kənddən və Naxçıvana məxsus Kərki kəndindən ibarətdir. “Hraparak” yazır ki, Barxudarlı, Baqanis Ayrım və digər kəndlərdə qeyri-qanuni məskunlaşmış erməni sakinlər nazirliyin qərarına etiraz ediblər. Onlar qərarın uşaq sayının az olması ilə bağlı olmadığını, kəndlərin boşaldılması üçün addımlar atıldığını və həmin kəndlərin Azərbaycana qaytarılması üçün belə bir qərar verildiyini iddia edirlər. Hətta dünən İrəvan və Tavuşda baş verənlərlə bağlı etiraz aksiyası da keçirilib. Bir qrup valideyn məktəblərin bağlanaraq, başqa icmalara köçürülməsinin əleyhinə olduqlarını bildiriblər. “Onların məqsədi aydındır. İstəkləri odur ki, həmnin kəndləri Azərbaycana qaytarsınlar. Bizi də bu şəkildə həmin ərazilərdən çıxarmağa çalışırlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button