GündəmManşet

Ankaradan Moskvaya “İsgəndər-M” cavabı: “Sərsəmləməyin”

Məlum olduğu kimi, 44 günlük Qarabağ savaşında Ermənistanın Azərbaycana qarşı qadağan edilmiş “İsgəndər-M” raketlərindən istifadə etdiyi artıq təsdiqlənib. JAMAZ.İNFO xəbər verir ki, sözügedən raketin İrəvan tərəfindən istifadə edilməsi elə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən təsdiq ediblib.

Belə ki, müharibə yenicə başa çatdıqdan sonra bu ölkənin sabiq prezidenti Serj Sarkisyan Paşinyanı döyüşlərdə niyə “İsgəndər” raketlərindən istifadə etmədiyinə görə ittiham etmişdi. Paşinyan isə cavabında bildirmişdi ki, Sarkisyanın aldığı həmin raketlərdən istifadə olunub, lakin çoxu partlamayıb. “Sarkisyana sual verirəm, “İsgəndər” raketlərin niyə partlamadı? Və ya cəmi 10 faizi partladı”.

Qeyd edək ki, Ermənistanın baş nazirini bu açıqlamasından sonra Rusiya məsələni ört-basdır etməyə çalışsa da, Azərbaycan tərəfi həmin raketin qalıqlarını Şuşa şəhəri yaxınlığında aşkarlayaraq, nümayiş etdirdi. Rəsmi Bakı bundan sonra Rusiyadan izahat istədi və qadağan olunmuş silahın ermənilərin əlinə necə keçdiyinə aydınlıq gətirilməsini tələb etdi. Rusiya Müdafiə Nazirliyinin məsələyə verdiyi “bizdə belə bir məlumat yoxdur” açıqlaması isə Bakını qane etməyib. Hazırda da Kremllə Bakı arasında bununla bağlı gərginliyin olduğu diqqəti çəkir.

JAMAZ.İNFO xəbər verir ki, “İsgəndər-M” raketləri ilə bağlı məsələyə artıq türklər də təpki göstərməyə start veriblər. Hətta Türkiyənin məşhur “Milliyyet” qəzeti bununla bağlı manşet yazı da dərc edib. “Ruslar sərsəmlədi” başlıqlı məqalədə Kremldən qaynaqlanan rus ekspertlərin fikrilərinə açıq münasibət bildirilib. “Hadisələrin üzərindən xeyli vaxt keçməsinə, ortada raketlərin qalıqlarının olmasına rəğmən, rus mediası və ekspertləri qəribə iddia ortaya atıblar. Onlar deyirlər ki, “İsgəndər-M” raketinin qalıqları qəfil ortadan yox olub. Rusiya Müdafiə Nazirliyinə yaxın bir ekspert isə deyir ki, guya, raketlərin qalıqlarını Türkiyə və İsrail kəşfiyyatı götürərək, gizlədiblər”.

“Milliyet” Ankaradakı mənbələrinə istinadən Kremlə dolayısı ilə belə bir cavab göndərib ki, “İsgəndər-M” raketləri ilə bağlı izləri itirmək, özlərini sudan quru çıxarmaq üçün Kreml sərsəm bəyanatlar verir, özünə yaxın adamları vasitəsi ilə ağıla sığmayan, fantaziya dolu açıqlamaları gündəmə gətirir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button