CəmiyyətManşet

Alen Simonyan: “İrəvan seçkilərində Qarabağ məsələsini müzakirə etməyə lüzum yoxdur”

Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün İrəvan bələdiyyəsi seçkiləri ilə bağlı təbliğat kampaniyasına qoşulub. JAMAZ.İNFO xəbər verir ki, o, “Vətəndaş Müqaviləsi” partiyasının namizədi Tiqran Avinyanla birlikdə şəhəri gəziblər.

Simonyan mediaya açıqlamasında bildirib ki, seçki kampaniyanı Qarabağ məsələsinin müzakirəsinə çevirməyi lazım görmür. “Bu məsələ kifayət qədər lazım olan yerlərdə, parlamentdə, nazirliklərdə, rəsmi platformalarda müzakirə olunur. Həmin məsələni İrəvan seçkilərində kampaniyanın bir hissəsinə çevirmək lüzumsuzdur”.

P.S. Simonyanın yanaşması doğrudur. Çünki Qarabağ Ermənistanın deyil, Azərbaycanın ərazisidir. Başqa bir ölkənin digər bir ölkənin ərazi məsələsini, onun problemlərini müzakirə etməsi, separatçılıq, təxribatçılıq, həmin ölkəyə ərazi iddiası və qəsd deməkdir. Bu isə iki ölkə arasında müharibəyə qədər daşına bilən prosesdir. Ona görə də, Ermənistanda Qarabağ məsələsi deyil, öz problemlərini müzakirə etməlidirlər. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button