GündəmManşet

Əliyev və Paşinyan yaxın günlərdə Brüsseldə görüşəcəklər? – Ağ Ev “ciddi irəliləyiş” olduğunu bildirir

“ABŞ AŞ-ın prezidenti Çarlz Mişelin Brüsseldə təşkil etdiyi görüşdən sonra yaxın günlərdə Ermənistan-Azərbaycan nizamlanması məsələsində irəliləyiş görəcəyinə ümid edir”. JAAMZ.İNFO xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Diplomat, tərəflərin son aylardakı təmaslar nəticəsində qeydə aldığı tərəqqiyə toxunub. “Bu irəliləyiş tərəflər arasında təmasların nəticəsi idi. Bu, həm də Birləşmiş Ştatların təşəbbüsü ilə təşkil olunmuş ikitərəfli və üçtərəfli təmasların nəticəsi idi. Eləcə də Avropa İttifaqının diplomatiyasını da nəzərdən qaçırmaq olmaz.  Önümüzdəki günlərdə tərəflərin Brüsseldə Avropa Şurasının sədri Çarlz Mişelin təşəbbüsü ilə görüşdə danışıqların ciddi nəticə verəcəyini görməyə ümid edirik”.

Ned Prays daha sonra qeyd edib ki, ABŞ-ın nikbinliyi həddindən artıq deyil. “Biz hərtərəfli həllə gətirib çıxaracaq bu dialoqu, diplomatiyanı bütün mümkün vasitələrlə dəstəkləməyə davam edirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button