İqtisadiyyat

Ötən il dövlət büdcəsinin kəsiri açıqlanıb

2022-ci il dövlət büdcəsinin kəsiri (defisit) açıqlanıb.

Jamaz.info xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.

2022-ci il dövlət büdcəsi kəsirinin yuxarı həddi 3106,0 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1385,0 milyon manat təşkil edib (proqnoza nisbətən 1721,0 milyon manat və ya 55,4 faiz az). Dövlət büdcəsinin kəsiri 2022-ci ilin faktiki ÜDM-in 1,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 2,8 faiz-bənd azdır.

Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), daxili və xarici borclanma (976,3 milyon manat), dövlət əmlakının özəlləşdirilməsindən (115,4 milyon manat) daxil olan vəsait və vahid xəzinə hesabının qalığı (33,6 milyon manat) hesabına həyata keçirilib.

Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması dövlət büdcəsinə proqnozlaşdırılmış məbləğdən xeyli artıq vergi və gömrük daxilolmaları və dövlət büdcəsinin xərclərinin qənaətlə icra edilməsi hesabına olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button