İqtisadiyyat

Neft cüzi bahalaşıb, qaz isə ucuzlaşıb

Neftin qiyməti dünən cüzi də olsa bahalaşıb. JAMAZ.İNFO xəbər verir ki, Brent markalı neft 0.17 dollar bahalaşaraq, 78,16 dollar təşkil edib.

Nyu-York əmtəə birjasında (NYMEX) isə WTI markalı neftin mart fyuçerslərinin qiyməti 1 barelə görə 0,14 dollar (0,19 faiz) artaraq 72,78 dollar təşkil edib.

Neftdə qiymət artımı olsa da, Avropa birjalarında təbii qazın qiyməti ucuzlaşıb. JAMAZ.İNFO xəbər verir ki, dünən qaz hər min kub metr üçün 311 dollara təklif olunub. Günün sonuna yaxın isə bu rəqəm 312 dollara qədər yüksəlib. Ekspertlər bildirirlər ki, qiymət ötən ayla müqayisədə 5.3 faiz qədər aşağı düşüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button