Dünya

Zelinski: “İndi müharibənin dayandırlmasının vaxtıdır”

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə hərbi əməliyyatları dayandırmaq və müvafiq sənədi imzalamaq arzusunda olduğunu bildirib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə o, İndoneziyada keçirilən G20 sammitində videomüraciəti zamanı bildirib.

O deyib: “Mən əminəm ki, indi hərbi əməliyyatların dayandırılmalı və dayandırıla biləcəyi vaxtdır”.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların başa çatdığını təsdiq edən sənəd imzalanmalıdır. O, taxıl əməliyyatı formatından istifadə etməyi təklif edib. “Bizim taxıl müqaviləsi bağlamaqda müsbət təcrübəmiz var”.

Eyni zamanda Zelinski belə bir sazişin imzalanmasının yalnız Ukraynanın təhlükəsizliyi təmin edildikdən, ərazi bütövlüyünün bərpasından və bütün hərbi əsirlərin mübadiləsindən sonra mümkün ola biləcəyini vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button