Dünya

Zelenski vertolyot qəzasında ölənlərdən yazdı

Ukrayna Prezidenti Vladimir Zelenski Brovarıda baş verən vertolyot qəzasını şərh edib.
Jamaz.info UNİAN-a istinadla xəbər verir ki, o, hadisə nəticəsində 10-u uşaq olmaqla 25 nəfər yaralandığını bildirib.
“Bu dəqiqəyə olan məlumata görə, 3 uşaq dünyasını dəyişib. İfadəedilməz ağrıdır. Vertolyot uşaq bağçalarından birinin ərazisinə düşüb. Bütün həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm! Denis, Yevgeni, Yuri, Daxili İşlər Nazirliyinin komandası… Ukraynanın əsl vətənpərvərləri. Xatirəniz əzizdir. Bu qara səhərin həyatdan apardığı hər kəsin xatirəsi əzizdir”, – Ukrayna prezidenti yazıb.
O, əlavə edib ki, Təhlükəsizlik Xidməti, Milli Polisə və digər səlahiyyətli orqanlara faciənin baş vermə səbəbini araşdırma barədə göstəriş verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button