Dünya

Zelenski Rusiyanın raket hücumunu terror adlandırdı

“Raketlər NATO-nun hava ərazisini keçib və bu, kollektiv təhlükəsizliyə təhdiddir”.

Jamaz.info BBC-yə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O, ölkəyə növbəti raket hücumunu dayandırılması vacib olan terror adlandırıb. Zelenskinin sözlərinə görə, bu gün səhərdən Rusiya ən azı 70 raket atıb, ən azı 60 raket vurularaq zərərsizləşdirilib.

“Bütün hədəfləri mülki insanlar, mülki infrastruktur idi. Təəssüf ki, zərbələr oldu, itkilər var. Ailələrə başsağlığı verirəm! Rusiyanın bir neçə raketi Moldova və Rumıniyanın hava məkanından keçib. Bu raketlər NATO-ya, kollektiv təhlükəsizliyə təhdiddir. Dünya bunu dayandırmalıdır. Bunu anlayan hər kəsə təşəkkür edirəm”, – deyə Ukrayna lideri bildirib.

O, ölkənin Hərbi Hava Qüvvələrinə də təşəkkür edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button