Dünya

Zelenski 12-dən çox sui-qəsd cəhdindən sağ çıxıb

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri 12-dən çox sui-qəsd cəhdindən sağ çıxıb. Bəzilərinin qarşısının alınmasına ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi kömək edib.
Jamaz.info xəbər verir ki, bu barədə “İndependent” yazır.
Nəşrin məlumatına görə, publisist Kris Uippl “Ömrün mübarizəsi: Co Baydenin Ağ Evində” kitabında iddia edir ki, Uilyam Börns Ukraynaya genişmiqyaslı işğaldan əvvəlki dövrdə gizli səfərə gəlib.
Kitabda deyilir ki, ABŞ prezidenti Co Bayden Börnsə Zelenskiyə “Rusiya sui-qəsdlərinin dəqiq təfərrüatlarını” söyləməyi tapşırıb.
“Bu, dərhal Zelenskinin diqqətini çəkdi, o, bu xəbərdən məəttəl qaldı və şoka düşdü”, – “İndependent” Uipplın kitabından sitat gətirir.
Nəşr əlavə edir ki, Zelenski müharibə başlayandan bəri 12-dən çox sui-qəsd cəhdindən sağ çıxıb, ən azı iki cəhdin qarşısı Börnsun Kiyevə səfəri zamanı açıqladığı ABŞ kəşfiyyatın məlumatları əsasında alınıb.
“Bu kəşfiyyat məlumatı o qədər təfərrüatlı idi ki, Zelenskinin təhlükəsizlik qüvvələrinə Rusiya tərəfindən onun həyatına iki ayrı cəhdin qarşısını almağa kömək etdi”, – Uippl yazır.
İyunun 18-də Ukraynanın Milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksiy Danilov bildirib ki, Rusiya Federasiyası genişmiqyaslı müdaxiləyə başlayandan bəri Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı beş sui-qəsd cəhdi olub.
Mayın əvvəlində Zelenski Avstraliyanın “Nine Network” telekanalına verdiyi müsahibədə Rusiyanın hazırladığı ən azı 10 sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button