Dünya

Zatulin: “Paşinyan satqındır”

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə hprmətsizlik etməklə yanaşı, həm də Qarabağı Ermənistanın tərkib hissəsi kimi gördüyünü açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, rus deputat həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanı “Qarabağ ermənilərinə xəyaənətdə” ittiham edib.

“Говорит Москва ” radiostansiyasının efirində danışan Zatulin Paşinyanın hərəkətlərini pisləyib. “Xainlər xəyanət edəndə davranışlarında məntiqlidir, yoxsa yox? Xainlərin nöqteyi-nəzərindən məntiqlə hərəkət edirlər. Söhbət ondan gedir ki, Ermənistan xalqının və Ermənistanın maraqları ilə hazırda Ermənistana rəhbərlik edən Nikol Paşinyanın maraqları üst-üstə düşürmü?”

Dumanın deputat ardından qeyd edib ki, Paşinyan Qarabağdakı erməniləri taleyin ümidinə buraxıb. “Onun 2020-ci ildən, yəni “Qarabağdan qurtulmamız lazım olduğu” qənaətinə gəldikdən sonra onun bütün ritorikası mənasızdır . O, Qarabağı kifayət qədər şüurlu şəkildə təslim edir. Bu xəyanət kimi görünür. Amma Paşinyan çıxış yolunu tapıb, günahı Rusiyanın üzərinə yıxır. Deyir ki, Rusiya Qarabağla məşğul olmalıdır. Lakin anlamır ki, onun bununla heç bir əlaqəsi yoxdur. Amma biz bədnam satqın Paşinyanın mövqeyinin arxasında gizlənməməliyik, öz şərəfimizi qorumalıyıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button