Dünya

Ukraynaya meydan oxudu – “Hərbi əməliyyat tapşırığı yerinə yetiriləcək”

“Ukraynaya Qərbdən hərbi yardım göstərməsinə baxmayaraq, Moskva “xüsusi hərbi əməliyyat”ın tapşırıqları yerinə yetirəcək”.

Jamaz.info xəbər verir ki, bunları Patruşev Bryanskda Rusiyanın mərkəzi hissəsində təhlükəsizlik məsələləri ilə bağlı keçirilən iclasda belə deyib.

Nikolay Patruşev bildirib ki, Ukraynanın neonasizmdən azad edilməsi dünyada sabitlik və təhlükəsizliyin bərpasının başlanğıcı olacaq:

“Bu gün Rusiya kollektiv Qərbin dəstəyi ilə dirçələn neonasist Kiyev rejiminə və qızışmış rusofobiyaya qarşı mübarizə aparır, Ukraynadakı rusdilli əhalini soyqırımından qoruyur və BMT-nin fundamental prinsipləri əsasında beynəlxalq hüququ müdafiə edir”.

Patruşevin sözlərinə görə, radikal və ekstremist strukturların terror aktları törətmək niyyəti ilə Rusiya ərazisinə soxulmaq cəhdləri xeyli güclənib:

“Həyat təminatı obyektlərinin, o cümlədən nəqliyyat və yanacaq-energetika komplekslərinin fəaliyyətinə qəsdən müdaxilə faktları var”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button