Dünya

Türklərlə bağlı tələbə 100 min imza atıldı – Hökumət isə deyir ki…

Böyük Britaniya zəlzələdən zərər çəkmiş türklərə xüsusi viza verilməsi üçün başladılan petisiyaya cavab olaraq bildirib ki, bununla bağlı planları yoxdur.

Jamaz.info xəbər verir ki, ötən il Rusiyanın Ukraynanı işğal etməsindən sonra İngiltərədə məskunlaşan ukraynalılara qohumlarını da gətirmək hüququ verildikdən sonra belə bir tələb irəli sürülüb.

Petisiya 100 mindən çox insan tərəfindən dəstəklənib və millət vəkilləri tərəfindən müzakirə edilib.

Daxili İşlər Nazirliyinin petisiyada iştirak edənlərə göndərdiyi elektron məktubda deyilib ki, Türkiyədəki vəziyyıt Ukraynadan fərqlidir və hər böhrana özünəməxsus şəkildə cavab verilməlidir: “Buna uyğun olaraq Türkiyəyə xilasetmə qrupları və maddi yardım göndərmişik. Sahədəki ehtiyacların ödənilməsi üçün Türkiyə hökuməti ilə əlaqə saxlamışıq”.

“Rusiyanın Ukraynaya müdaxiləsi davam edən münaqişədir. Bu, qeyri-sabitlik ukraynalıların həyatını təhdid edir və bizim yaratdığımız viza növü onlara ölkələri tam təhlükəsiz bir vəziyyət alana qədər burada qalmağa müvəqqəti imkan verir”, – deyə nazirlik açıqlayıb.

Zəlzələdən zərərçəkmişlərin Böyük Britaniyada qohumlarının yanına getmək istədiyini bildirən nazirlik qeyd edib ki, bu şəxslərin vizası yoxdursa, standart viza prosedurlarını tətbiq etməklə viza ala bilərlər.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button