Dünya

Türkiyənin yeni yataqlardan nə vaxt neft çıxacaq?

“Yaxın bir neçə ildə Türkiyənin iri neft yataqlarının kəşfi digər ölkələrdən idxalın həcminə təsir etməyəcək, hasilata başlamaq üçün ən azı daha 5 il vaxt lazımdır”.
Jamaz.info Qaynarinfo-ya istinadən xəbər verir ki, “Evropeyskaya Elektrotexnika” PJSC-nin baş direktoru İlya Kalenkov “RİA Novosti”yə deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həftənin əvvəlində Cizrə şəhəri yaxınlığındakı Qabar dağlarında sutkada təqribən 100 min barel neft hasilatına malik yataqların kəşf edildiyini açıqlayıb. Daha sonra TPAO konserninin baş direktoru Melih Xan Bilgin bildirib ki, yatağın potensialı 1 milyard barel səviyyəsində qiymətləndirilir. Dekabr ayında Türkiyənin cənub-şərqində təxminən 21,3 milyon ton ehtiyata malik yatağın kəşfi barədə də məlumat verilmişdi.
“20 milyon tonluq yatağın kəşfi çox yaxşıdır, lakin bu, hələ başlanğıcdır. Bu 20 milyon tona hələ çatmaq lazımdır. Neft emalı qurğuları, boru kəmərləri və sair… Təbii ki, Türkiyə kifayət qədər məskunlaşmış yerdir, Uzaq Şimal deyil, hətta belə şəraitdə yatağın işlənməsi ilk neft axınına qədər ən azı 5 il çəkir”, deyə ekspert bildirib.
Onun sözlərinə görə, Türkiyə öz neftini idxaldan qismən imtina edərək tam həcmdə istifadə edə biləcək. “Ona görə də gələcəkdə yatağın kəşfinin başqa ölkələrdən Türkiyəyə neft idxalına heç bir təsiri olmayacaq”, deyə ekspert əlavə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button