Dünya

Türkiyədəki zəlzələ dünyada ən böyük 10 təkan sırasına düşüb

Türkiyədə baş verən zəlzələlər dünyada indiyə qədər qeydə alınmış episentri quruda olan ən böyük 10 yeraltı təkan arasında yer alıb.

Jamaz.info saytı xəbər verir ki, bunu Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Viktoriya Universitetinin seysmologiya professoru Edvin Nissen deyib.

“Zəlzələni bu qədər dağıdıcı edən Türkiyənin sıx məskunlaşan hissəsində baş verməsidir”, – professor bildirib.

O qeyd edib ki, ən güclü zəlzələlər adətən okeanlarda olur.

Nissen xatırladıb ki, budəfəki təbii fəlakət 1939-cu ildə ölkənin şərqindəki Ərzincan vilayətində 30 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra Türkiyə tarixində ən ölümcül hadisə olub.

Alim əlavə edib ki, zəlzələnin vaxtı gecə yarısı və sərt qışda baş verdiyi üçün onun nəticələri “xüsusilə dəhşətli” olub.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button