Dünya

Türkiyədə binaların dağılmasına görə 55 nəfər həbs edildi

Türkiyədə zəlzələ nəticəsində dağılmış binalarla bağlı 612 şübhəli şəxs barəsində araşdırma aparılıb.

Jamaz.info xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Nazir binaların dağılması ilə əlaqədar 184 nəfərin saxlanıldığını, onlardan 55-nin həbs edildiyini açıqlayıb.

“İndiyədək zəlzələ nəticəsində dağılan 7598 binadan nümunələr götürülərək ekspertiza aparılıb”, – deyə nazir qeyd edib.

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button