Dünya

“Türkiyə Suriya və İraq əməliyyatlarına davam edəcək” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya və İraqın şimalındakı əməliyyatlarla bağlı yeni açıqlama verib.

Jamaz.info xəbər verir ki, Ərdoğan hakim partiyanın iclasında bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalındakı əməliyyatları “yalnız başlanğıcdır”.

Ərdoğan çıxışında “Suriya sərhədləri ilə bağlı verdiyimiz vədlərə sadiq qaldıq. Əgər qarşımızdakılar razılaşmanın tələblərini yerinə yetirə bilmirsə, özümüzün başımızın çarəsinə baxmağa haqqımız var” deyib.

Prezident “təyyarə, artilleriya və PUA-larla apardığımız əməliyyatlar yalnız başlanğıcdır”, – ifadəsini işlədib.

Ərdoğan deyib ki, Ankara sərhədlərin təhlükəsizliyini təmin etməkdə qərarlıdır.

“Bizim üçün ən münasib vaxtda qurudan terrorçuların təpəsinə minəcəyik”.

Ərdoğan düşmənlərə mesaj da verib: “Hələ də məkrli üsullarla Türkiyəni diz çökdürməyə çalışanlara mesajımız aydındır: bunu bacara bilməyəcəksiniz!”.

Ankara bazar günü Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına (YPG) qarşı hava əməliyyatı keçirib.

Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatının keçiriləcəyini istisna etməyib. Türkiyənin müdafiə naziri Hulusi Akar çərşənbə axşamı gecə Suriya və İraqda “Pəncə-Qılınc” əməliyyatı çərçivəsində iki gündə 184 yaraqlının məhv edildiyini açıqlayıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button