Dünya

Türkiyə müxalifəti vahid namizədini fevralda elan edəcək

Türkiyənin altı əsas müxalifət partiyasının liderləri ölkədə keçiriləcək seçkilərlə bağlı məsləhətləşmələr aparır.
Jamaz.info xəbər verir ki, “Hürriyyət” qəzetinin iqtidar dairələrinə yaxın köşə yazarı Abdulkadir Selvi bildirib ki, müxalifət fevralda Türkiyədə keçiriləcək prezident seçkilərində vahid namizədini açıqlayacaq.

Türkiyədə növbəti ümumi seçkilər – həm prezident, həm də parlament seçkiləri 2023-cü il iyunun 18-nə təyin edilib. Türkiyə dövlətinin hazırkı rəhbəri Rəcəb Tayyib Ərdoğan prezidentliyə namizədliyini irəli sürmək niyyətini daha əvvəl açıqlamışdı.

Müxalifət isə hələ ki müzakirələr aparır.

“Prezidentliyə ümumi namizədin, seçki ittifaqının formasının və altı liderin mandatının birgə elanı fevralda planlaşdırılır”, – köşə yazarı bildirib.

Türkiyənin altı əsas müxalifət partiyasının liderləri ölkənin “gücləndirilmiş parlament idarəetmə sisteminə” keçidi ilə bağlı memorandumun hazırlandığını bəyan ediblər.

6 müxalif partiyanı birləşdirən “Millət İttifaqı” – “6-lı masa” ötən həftə 10-cu dəfə toplaşaraq müzakirə aparıb.

Kemal Kılıçdaroğlu (Cümhuriyyət Xalq Partiyası -CHP), Meral Akşener (İYİ Partiya), Temel Karamollaoğlu (Səadət Partiyası), Ahmet Davutoğlu (Gələcək Partiyası), Ali Babacan (DEVA Partiyası) və Gültekin Uysalın (Demokrat Partiyası)  birləşdiyi “Millət İttifaqı” yanvarın 5-də keçirilən toplantıdan sonra yaxın vaxtlarda vahid namizədi elan edəcəyini bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin daha erkən tarixə – 2023-cü ilin iyunundan may ayına təxirə salınmasını istisna etmədiyini bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button