Dünya

Trampın oğlu Ukraynaya hərbi yardımı dayandırmaq istəyir – ÇAĞIRIŞ

Amerikalı iş adamı və ABŞ-ın keçmiş prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp sosial şəbəkədə Ukrayna raketinin Polşaya düşməsi ilə əlaqədar Ukraynaya hərbi yardımı dayandırmağa çağıran qısa paylaşım edib.

Jamaz.info istinadən xəbər verir ki, “NATO-dakı müttəfiqimiz Polşanı vuran Ukrayna raketi olduğuna görə, heç olmasa indi onları silahlandırmaq üçün milyardlarla vəsait xərcləməyi dayandıra bilərikmi?” – deyə kiçik Tramp yazıb.

Qeyd edək ki, eks-prezident Donald Trampın təmsil etdiyi Respublikaçılar Partiyası daxilində müəyyən qrup Ukraynaya hərbi yardımın azaldılmasına tərəfdardır.(oxu.az)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button