Dünya

Tramp müraciət etdi: Onun qərarları üçüncü dünya müharibəsinə aparır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp videomüraciətində ölkənin hazırkı lideri Co Baydenin siyasətinə görə dünyanın qlobal münaqişəyə hər zamankındən daha yaxın olduğunu bildirib.

Jamaz.info xəbər verir ki, Tramp vurğulayıb ki, ölkə əhəmiyyətli xarici siyasət qərarlarını korlayan korrupsioner isteblişment nümayəndələrindən qurtulmalıdır.

“Bura yaxşı qərar vermədiyini söyləyən prezident Bayden də daxildir”,- Trump deyib.

O vurğulayıb ki, prezident olanda, ABŞ-ı münaqişəyə necə sürükləməyi bilən generalların və bürokratların “fəlakətli məsləhətlərini” rədd edib. O, dövlət katibinin müavini Viktoriya Nulandı misal çəkib.

Trampın sözlərinə görə, qlobal münaqişə riski indi həmişəkindən daha yüksəkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button