Dünya

“TikTok” ABŞ üçün təhlükədir – Blinken

Çinin “TikTok” platforması Birləşmiş Ştatlar üçün təhlükədir, bu və ya digər şəkildə aradan qaldırılmalıdır.

Jamaz.info xəbər verir ki, bunu Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken “TikTok”un ABŞ təhlükəsizliyinə təhdid törətdiyini söyləyib.

ABŞ-da “TikTok”un qadağan edilməsi ilə bağlı sualı cavablandıran dövlət katibi bildirib ki, təhdidlərə bu və ya digər şəkildə son qoyulmalıdır: “Buna nail olmağın müxtəlif yolları var”.

Qeyd edək ki, “TikTok”un tənqidçiləri onun ABŞ-dakı istifadəçi məlumatlarının proqram tərəfindən Çin hökumətinə ötürülə biləcəyini bildirirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button