Dünya

Rusiyanın qələbəsi faciə olacaq – NATO rəhbəri

Ukrayna münaqişəsi danışıqlar masası arxasında başa çatacaq.

Jamaz.info xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Onun fikrincə, Kiyevə silah tədarükü sülhə nail olmağın yeganə yoludur.

“Müharibə çox güman ki, danışıqlar masası arxasında bitəcək. Lakin bu, döyüş meydanındakı vəziyyətdən asılıdır”, – deyə baş katib vurğulayıb.

Stoltenberq Ukrayna müharibəsində Rusiyanın qələbəsinin faciə olacağını və NATO üçün ciddi təhlükə yaradacağını düşünür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button