Dünya

Rusiyadan Türkiyəyə “Bayraktar” təklifi: “Birgə istehsal edək”

Son dövrlərin ən populyar döyüş texnikalarından biri olan Türkiyənin “Bayraktar” Pilotsuz Uçuş Aparatları əksər sınaqlardan üzüağ çıxdığından, bir çox dövlətlər onu əldə etməyə çalışır. JAMAZ.İNFO xəbər verir ki, 44 günlük Vətən Müharibəsində böyük uğurlara imza atan “Bayraktar” hazırda bir çox dövlətlərin hərbi arsenalına daxil edilib.

Son Ukrayna müharibəsində isə “Bayraktar”lar rus ordusunun kabusuna çevrildiyindən ukraynalılar onun şəninə mahnı belə bəstələyiblər.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi son açıqlamasında sözügedən PUA-ların istehsalı ilə bağlı bəzi detalları açıqlayıb. O bildirib ki, hazırda “Bayraktar”ın birgə istehsalı ilə bağlı iki dövlətdən təklif gəlib. Onlardan biri Rusiyadır. Ərdoğan deyib ki, məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıb. “Putin bildirdi ki, “Bayraktar”ı birgə istehsal etmək üçün fabrik yarada bilərlər. Təklif də ondan ibarətdir ki, bu məsələdə birlikdə çalışaq”.

İkinci təklif isə Birləşmiş Ərəb Əmirliyindən gəlib. Əmirliyin şeyxi Ankaraya məlum PUA-nın birgə istehsalını həyata keçirə biləcəklərini təklif edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button