Dünya

Rusiyadan Ermənistana qaz nəqli dayandırıldı

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə “Gazprom Armenia” ASC-nin mətbuat xidməti məlumat yayıb.

Şirkətdən verilən məlumata görə, bu, mayın 1-dən 4-dək “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədardır.

Bildirilib ki, Ermənistanda istehlakçıların qaz təchizatı hazırda daxili ehtiyatlar hesabına həyata keçirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button