Dünya

Rusiya və ABŞ-ın kəşfiyyat şefi görüşəcək

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnslə növbəti görüşün mümkünlüyünü etiraf edib.

Jamaz.info xəbər verir ki, iki ölkənin kəşfiyyat qurumlarının rəhbərləri sonuncu dəfə noyabrın 14-də Ankarada görüşüblər.

Cənab Narışkin qeyd edib ki, mümkün görüşün tarixləri Rusiya və Amerika tərəfindən razılaşma əsasında müəyyən edilə bilər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Narışkinlə Börns arasında dialoqu faydalı adlandırıb, lakin mümkün görüşün tarixlərini o da bilmir. “Onu istisna etmək həqiqətən mümkün deyil və təbii ki, belə bir dialoqun faydası var. Amma dəqiq tarix mənə məlum deyil”, – Peskov mətbuata danışarkən deyib.

Noyabrın 14-də Sergey Narışkin və Uilyam Börns Türkiyə Milli Kəşfiyyat Təşkilatının Ankarada yerləşən mənzil-qərargahında danışıqlar aparıblar. İclasda Xarici Kəşfiyyat Xidməti və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri nüvə təhlükəsizliyi məsələlərini müzakirə ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, danışıqlardan sonra tərəflər nüvə silahından istifadə etməmək barədə razılığa gəliblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button