Dünya

“Rusiya danışığa hazırdır” – Lavrov

Ukraynada münaqişənin necə dayandırılması ilə bağlı ciddi təklif olarsa, Rusiya danışmağa hazırdır.

Jamaz.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov oxunuşları” beynəlxalq forumunda çıxışı zamanı deyib.

“Əgər indi tamamilə qanuni tələblərimizi yerinə yetirməklə bu münaqişəni necə dayandırmaq barədə ciddi təklif olsa, əlbəttə ki, biz danışmağa hazır olacağıq”, – deyə Lavrov bildirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov daha əvvəl deyib ki, Rusiya ilkin şərt olmadan Ukrayna ilə bağlı dialoqa açıqdır. O qeyd edib ki, Rusiya əvvəllər buna hazır olub, lakin “Kiyev Qərb kuratorlarının əmri ilə, ümumiyyətlə, irəliyə doğru gedən dialoqu kəsib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button