Dünya

Qarabağdan köçən ermənilər separatçıların “nümayəndiliyi”nə basqın etdilər – VİDEO

Bu gün səhər saatlarından etibarən İrəvanda Qarabağdan könüllü olaraq köçmüş bir qrup erməni etiraza başlayıb. JAMAZ.İNFO xəbər verir ki, onları Ermənistan hökumətinin binası qarşısında deyil, birbaşa separatçıların Ermənistandakı “nümayəndəliyi”nin önünə toplaşıblar.

Aksiyaya səbəb ev, məişət şəraiti, ərzaq və işlə təmin olunmaq məsələləri olub. Ermənilər onlara problemlərini həll etmək üçün aylıq sabit pul verilməsini tələb ediblər.

Lakin separatçıların etirazçıları qəbul etməməsi qarşıdurmaya səbəb olub. Belə ki, onlar “nümayəndəliyi”n qapısını qıraraq, binaya daxil olublar. Vəziyyətin gərginləşdiyini görən, Samvel Şahramanyan isə onların qarşısına çıxmaq məcburiyyətində qalıb. O, ermənilərə söz verib ki, yaxın günlərdə problemlərin həlli ilə bağlı tədbir görüləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button