Dünya

Ordu zəlzələyə gec müdaxilə edib? – AKAR cavabladı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ordunun zəlzələ ilə bağlı gec hərəkətə keçirildiyi barədə iddialara cavab verib.

Jamaz.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Türkiyə Silahlı Qüvvələri əsgərləri ilə, mülki əməkdaşları ilə, işçiləri və texniki personalı ilə ilk andan etibarən səfərbər olmuş, millətin yanına qaçmışdır. Gerçəkləri əks etdirməyən bu tərəfli iddialar yaxşı niyyətlə izah edilə bilməz. Hava yardım dəhlizində indiyə qədər 65 təyyarə, 70 helikopter, PUA-larla birgə ümumilikdə 4662 uçuş həyata keçirilib. Zəlzələdən sonra əməliyyat mərkəzləri sürətlə edilməli olanları etdilər. Saat 04:30-da raport tələb edildi, humanitar yardım üzrə ixtisaslaşan bölmələrə “hazır ol” əmri verildi”, – deyə Akar söyləyib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button