Dünya

ORC sorğu nəticələrini açıqladı – Seçkilərə son 1 gün

“ORC Strateji Araşdırmalar” Müstəqil Araşdırma Təşkilatının keçirdiyi rəy sorğusuna görə, Türkiyədə sabah – mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda “Millət” İttifaqının namizədi Kamal Kılıçdaroğlu öndədir.


Jamaz.info
 xəbər verir ki, şirkətin yaydığı məlumata görə, sorğu 24-25 may 2023-cü il tarixləri aralığında Türkiyənin 28 vilayətində 3950 nəfərlə üz-üzə müsahibə üsulu ilə aparılıb.
Sorğuda iştirak edənlərin 48,1 faizi ikinci turda Kamal Kılıçdaroğluna səs verəcəklərini bildiriblər.
46,7 faiz seçici isə Rəcəb Tayyib Ərdoğana səs verəcəyini bəyan edib.
Sorğuda iştirak edənlərin 5,2 faizi kimə səs verəcəkləri barəsində hələ qərara gəlmədiklərini bildiriblər.
Şirkət qeyd edib ki, sorğunun xəta payı + / – 2,4 faiz hesablanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button