Dünya

NATO ölkələrinin baş qərargah rəisləri toplandı

NATO-ya üzv ölkələrin baş qərargah rəisləri təşkilatın Brüsseldəki mənzil-qərargahında görüş keçiriblər.

Jamaz.info xəbər verir ki, toplantıya admiral Rob Bauer sədrlik edib.

Gündəliyə imkanların artırılması yolu ilə müdafiənin gücləndirilməsi, rəqəmsal transformasiya, NATO qüvvələrinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi, hərbi ehtiyatlar və logistika kimi mövzular daxildir.  Daha sonra isə NATO-nun Kosovadakı qüvvələri, İraq və Ukrayna missiyası çərçivəsində gördüyü işlər müzakirə ediləcək.

İclasın son günündə hərbçilər Ukraynaya dəstəyi təhlil edəcəklər. Ukrayna ordusunun baş qərargah rəisi Valeri Zalujnı videokonfrans vasitəsilə görüşə qatılacaq və son vəziyyət barədə məlumat verəcək. Tədbirə NATO-ya üzvlük prosesi davam edən İsveç və Finlandiyanın baş qərargah rəisləri də qatılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button